Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü - FOTOLAR

Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü - FOTOLAR

Fevralın 2-də Bərdədə baş verən və 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.

 

Sfera.az-ın məlumatına görə, qəzada ölən 5 nəfərdən 4-ü bir ailənin üzvləridir.

 

Bunlar Bərdə rayonu Qarağacı kənd sakinləri Baxşəliyev Məhərrəm Nüsrət oğlu, onun həyat yoldaşı Kərəmova Xalidə İsa qızı, qızları Baxşəliyeva Məfdunə Məhərrəm qızı və oğulları Baxşəliyev İlkin Məhərrəm oğludur.

 

Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva isə xəstəxanaya yerləşdirilib.

 

Baxşəliyev İlkin Daxili Qoşunların hərbçisi olmaqla yanaşı, Vətən müharibəsinin iştirakçısı olub. O, döyüşlərdə iştirakına görə “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Qəzada həlak olan Ceyhun Quliyev də Vətən müharibəsi iştirakçısıdır. Rayonun Birinci Qaradəmirçi kənd sakini ANAMA əməkdaşı olub. O isə “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb. (Qafqazinfo)

 

 

 


OXŞAR XƏBƏRLƏR

Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı

Sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıql...

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...