Banklar əhalinin əmanətlərini vermir

Banklar əhalinin əmanətlərini vermir

Devalvasiyadan sonra banklarda əmanəti olanlar onu geri ala bilmirlər.

Dekabrın 21-dən sonra manatın üzən məzənnəyə keçməsi, dolların qiymətinin qalxması ən çox banklarla bağlı problemləri ortaya çıxardı. Devalvasiyadan sonra insanları düşündürən ən vacib məsələlərdən biri banklardakı kredit və əmanətlərinin taleyidir. 

ANS PRESS-in məlumatına görə, əmanətlərini geri götürmək istəyən insanlara banklar "yox" cavabı verir. Bu isə vətəndaşlarla banklar arasında anlaşılmazlığa səbəb olub. Şikayətçi Eldar Məmmədzadə deyir ki, banklardan birinə yatırdığı əmanəti geri götürmək istəsə də, buna nail ola bilmir.

"Mən 3 ildən çoxdur ki, banka 23 min dollar (35742 AZN) pul qoymuşam. Amma bu il xəstəliyimlə bağlı əməliyyata girməli idim deyə, banka müraciət edib, pulumu geri götürmək istədim. Amma mənə bu gün verərik, sabah verərik deyərək vaxtı uzatdılar. Dollar bahalaşandan sonra isə deyirlər ki, büdcəmizdə həmin məbləği qaytarmaq üçün kifayət qədər pul yoxdur", - deyə şikayətçi bildirdi.

Məsələ ilə bağlı vətəndaşın əmanət yatırdığı bankla əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı.

Vəkillər kollegiyasının üzvü Əkrəm Həsənov deyir ki, bankların bu addımı vətəndaşların hüququnun pozulmasıdır: 


Əkrəm Həsənov - bank məsələləri üzrə ekspert


"Mülki məcəlləyə əsasən, vətəndaş banka qoyduğu depoziti qoyduğu müddətdən asılı olmayaraq, istənilən vaxt gedib geri götürə bilər. Bank əmanətin dörddə bir hissəsini dərhal, qalanını isə 5 iş günü müddətində geri qaytarmalıdır. Əgər bank pulu geri vermirsə, təbii ki, qanunu pozur. Əgər büdcəsində pul yoxdursa, o, 
Mərkəzi Banka müraciət etməlidir. Mərkəzi bank müraciət edən bankı etibarlı sayırsa, ona kredit verəcək, yox, əgər etibarlı saymırsa, o zaman lisenziyasını ləğv edərək bankı bağlamalıdır ki, vətəndaşın pulu əmanətlərin sığortalanması fondu tərəfindən ödənilsin", - deyə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov məsələyə aydınlıq gətirdi. 


Ümumiyyətlə, ilin sonuna doğru əmanətlərin həcmində azalma müşahidə olunur. Bu, əhalinin banklara inamının azalmasının göstəricisidir. Hazırda fiziki şəxslərin əmanətlərinin 24%-i manatda, qalanı xarici valyutadadır.


Mənbə: Mərkəzi Bank

Mənbə: Mərkəzi Bank


Dolların bahalaşmasından sonra isə 
Banklar Assosiasiyası Nazirlər Kabinetinə təklif təqdim edib. Təklifdə deyilir ki, əhalinin banklarda qorunan əmanətləri üzrə 30 min manatlıq hədd və illik 12% dərəcəsi ləğv edilsin. Əgər bu təkliflər qəbul olunarsa, onda əhalinin banklarda olan bütün pulları 100% qorunmuş olacaq. Fevralda baş verən devalvasiyadan sonra insanlar banklarda olan əmanətlərinin böyük bir hissəsini dollara çevirib. 

OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...