Ötən il Azərbaycanda 12762 zəlzələ olub

Cəmiyyət
13:06 / 30.01.2023
3970
"İşğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək".
Sfera.az xəbər verir ki, bunu AMEA-nın Neft və Qaz İnstitutunun direktoru Fəxrəddin Qədirov deyib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda 12762 zəlzələ olub:
"Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 seysmik stansiyası var. Lakin bu rəqəm dəyişəcək. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək".(apa)