Orxan Əsgərovun dəfn tarixi müəyyənləşdi

Cəmiyyət
20:59 / 29.01.2023
14513
Azərbaycanın İrandakı səfirliyinə terror zamanı şəhid olan Orxan Əsgərovun dəfn tarixi müəyyənləşib.
Sfera.az-ın əldə etdiyi məlumata görə, Orxan Əsgərovun cənazəsi Bakıya gətiriləndən sonra Təzəpir məscidinə aparılacaq, daha sonra ailəsinə təhvil veriləcək.
Dəfn mərasimi yanvarın 30-da keçiriləcək.
Şəhidimiz II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhidin nəşini gətirən təyyarə artıq Bakıya yola düşüb.