COVID xəstələrinə yardım göstərən tibb işçilərinin NƏZƏRİNƏ!

Cəmiyyət
17:34 / 28.01.2023
19819
“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.
Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu müddət 2023-cü il martın 1-dək uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət 2023-ci il yanvarın 1-nə kimi nəzərdə tutulmuşdu.