Sabah bu rayonlara QAR YAĞACAQ - Nazirlikdən XƏBƏRDARLIQ

Cəmiyyət
14:43 / 28.01.2023
10878
Yanvarın 29-u qərb rayonlarından başlayaraq fevralın 1-dək, əsasən, dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, yanvarın 30-da gündüz yağıntılarda fasilə olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.