Orxan Əsgərovun nəşi nə zaman təhvil veriləcək? – AİLƏSİNDƏN AÇIQLAMA

"Orxanın cənazəsi hələ gətirilməyib. Bizə konkret vaxtı deməyiblər, xəbər gözləyirik."
Bu sözləri bu gün Tehranda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Orxan Rizvan oğlu Əsgərovun bibisi İlhamə Əsgərova Bizim.Media-ya açıqlamasında bildirib.
İlhamə Əsgərova bildirib ki, bu acı xəbəri eşidən kimi yaşadığı Qubanın Zərdabi qəsəbəsindən Bakıya gəlib. Hazırda Orxanın Yasamaldakı evində olduqlarını deyən İlhamə Əsgərova onun valideynlərinin və bütün qohumların buraya yığışdığını bildirib.
O qeyd edib ki, Orxanın həlak olduğunu eşidəndən həyat yoldaşı Aynurun vəziyyətinin pisləşib:
“Təcili yardım gəlib, onun vəziyyətini normallaşdırmağa çalışırlar”.
Şəhid Orxanın bir qızı və bir oğlu var. Qızı Aişə 11-ci, oğlu Ayxan isə 3-cü sinifdə oxuyur. Məlumat verək ki,Orxan Əsgərovun atası Ruzvan Əsgərov əslən Göyçə mahalının Nərimanlı kəndindəndir.