Şəhid övladları üçün “Qış düşərgəsi” təşkil olunacaq

Şəhid övladları üçün “Qış düşərgəsi” təşkil olunacaq

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vəqfi) təşkilatçılığı ilə 2022-ci ildə Azərbaycanda keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında yarışmacı qismində iştirak edən şəhid övladlarından ibarət 3 komandanın iştirakıyla Türkiyə Respublikasının İstanbul şəhərində “Qış düşərgəsi” təşkil olunacaq.

 

Sfera.az xəbər verir ki, qış düşərgəsində 20 nəfərdən ibarət heyət 5 gün ərzində Astronomiya, Aviasiya və Kosmik Seminarı, Dizayn seminarı, Texnologiya seminarı, Təbiət Elmləri Seminarı, Riyaziyyat emalatxanası, Planetarium, bədii fəaliyyət, İdman fəaliyyəti, dəyərlər təlimi, İstanbul şəhərinin tarixi və gəzməli yerlərinə ekskursiya, BAYKAR şirtkəti gəzintisi və texniki səfərlər edəcəklər.


OXŞAR XƏBƏRLƏR

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir - Tədqiqat

Azərbaycanda yaşı 15-dən yuxarı olan hər 3 kişidən biri siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatına istinadən xəbər verir ki, 2...

İlham Əliyev Belarusu Dünya Şəhərsalma Forumunda iştiraka DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət edib.   Sfera.az xəbər v...

Avropa Komissiyası Rusiyaya qarşı yol xəritəsini təqdim edəcək

Avropa Komissiyası (AK) çərşənbə axşamı 2027-ci ilin sonuna qədər Rusiya qazından mərhələli şəkildə imtina etməyə dair yol xəritəsini təqdim edəcək.   ...

Abituriyentlərin NƏZƏRİNƏ! Qəbul imtahanlarının II cəhdinin tarixi AÇIQLANDI

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatın başlanacağı tarix məlum olub. ...