Aydın Caniyev həbs olundu

Aydın Caniyev həbs olundu

Jurnalist Aydın Caniyev həbs olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb.

 

Əldə etdiyimiz məlumata görə, onun barəsində Baş Prokurorluq tərəfindən məhkəməyə təqdimat daxil olub. Aydın Caniyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə bir ay müddətinə inzibati həbs qərarı verilib.

 

Belə ki, jurnalist Eynulla Fətullayev onun barəsində Baş Prokurluğa şikayət verib. E.Fətullayev şikayətində Aydın Caniyev tərəfindən təhqir edildiyini göstərib.

 

O, bu barədə özünün feysbuk hesabında da paylaşım edib. E.Fətullayev paylaşımında Kamran Əliyevə və məhkəməyə təşəkkür edib.

 

Məsələ ilə bağlı Aydın Caniyevin feysbuk hesabında da paylaşım edilib.

 

“Yasamal məhkəməsi Aydın Cana 1 aylıq inzibati həbs verdi. Eynulla Fətullayevin Baş Prokurorluğa feysbuk statuslarına görə  iddia ərizəsi əsasında. Aydın Can qərara etiraz etməyib, vəkildən imtina edib. Bir aydan sonra hər şeyi hər kəsi AYDINlatmaq ümidiylə...” - paylaşımda qeyd olunur. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir - Tədqiqat

Azərbaycanda yaşı 15-dən yuxarı olan hər 3 kişidən biri siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatına istinadən xəbər verir ki, 2...

İlham Əliyev Belarusu Dünya Şəhərsalma Forumunda iştiraka DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət edib.   Sfera.az xəbər v...

Avropa Komissiyası Rusiyaya qarşı yol xəritəsini təqdim edəcək

Avropa Komissiyası (AK) çərşənbə axşamı 2027-ci ilin sonuna qədər Rusiya qazından mərhələli şəkildə imtina etməyə dair yol xəritəsini təqdim edəcək.   ...

Abituriyentlərin NƏZƏRİNƏ! Qəbul imtahanlarının II cəhdinin tarixi AÇIQLANDI

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatın başlanacağı tarix məlum olub. ...