Bugünkü növbə ilə bağlı - TƏBİB-dən açıqlama

Bugünkü növbə ilə bağlı - TƏBİB-dən açıqlama

Bu gün Bakıda 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında uzun növbə yaranıb. Növbədə dayanan şəxslər icbari tibbi sığorta xətti ilə xəstəxanaya üz tutanlar olub.

 

Sfera.az xəbər verir ki, Məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, çəkiliş aparılan müddət ərzində Nərimanov Tibb Mərkəzinə 1541 ambulator, 44 stasionar olmaqla, ümumilikdə 1585 müraciət daxil olub. Həmin xəstələr 6000-dən çox xidmətdən yararlanıblar. Bu xidmətlərə ixtisaslı həkim müayinəsi, ultrasəs müayinəsi, laborator analizlər və sair kimi xidmətlər daxildir:

 

“İcbari tibbi sığortanın tətbiqi ilə daha öncə vətəndaşlar ilk növbədə sahə həkiminə müraciət etməli idilər, onun göndərişi əsasında isə ixtisaslı həkimlərə yönləndirilirdilər. Hazırda isə vətəndaşların xidmətlərə əlçatanlığı öz həllini tapsın deyə onlar birbaşa ixtisaslı həkimə müraciət edə bilirlər, artıq ailə həkiminə müraciət zərurəti yoxdur. İxtisaslı həkimdən yardım üçün çoxsaylı birbaşa müraciətlər var. Bunların əsasında da instrumental-laboratar müayinələr artır. Bu da bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur”.

 

Qurumdan o da bildirilib ki, bunu tənzimləmək üçün gələcəkdə müxtəlif addımların atılması müzakirə olunur. 

 

“Məsələn, “e-tabib” tətbiqi vasitəsilə randevu almaq, onlayn şəkildə qeydiyyata alınmağın mümkünlüyü  bu növbələrin qarşısını almağa kömək edə bilər.  

 

Vətəndaşlarımız birbaşa ixtisaslı həkimlərə müraciət etmək əvəzinə, həmçinin növbələrdən xilas olmaq üçün poliklinikalar üzrə təhkim olunmuş ailə həkimlərinin qəbulunda ola bilərlər. Ailə həkimləri onların sağlamlıqları ilə bağlı problemləri düzgün şəkildə müəyyənləşdirərək ixtisaslı həkimlərə göndərəcəklər ki, bu da həmin şəxslərin vaxtlarına da qənaət edəcək. Ailə həkiminin təyinatı olmadan xəstə sağlamlıq vəziyyətini düzgün qiymətləndirməyə bilər. Məsələn, baş ağrısı səbəbi ilə terapevt qəbuluna gedəcək, amma əslində nevropatoloq qəbuluna getməlidir”.


OXŞAR XƏBƏRLƏR

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir - Tədqiqat

Azərbaycanda yaşı 15-dən yuxarı olan hər 3 kişidən biri siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatına istinadən xəbər verir ki, 2...

İlham Əliyev Belarusu Dünya Şəhərsalma Forumunda iştiraka DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət edib.   Sfera.az xəbər v...

Avropa Komissiyası Rusiyaya qarşı yol xəritəsini təqdim edəcək

Avropa Komissiyası (AK) çərşənbə axşamı 2027-ci ilin sonuna qədər Rusiya qazından mərhələli şəkildə imtina etməyə dair yol xəritəsini təqdim edəcək.   ...

Abituriyentlərin NƏZƏRİNƏ! Qəbul imtahanlarının II cəhdinin tarixi AÇIQLANDI

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatın başlanacağı tarix məlum olub. ...

ABŞ Konqresi Gürcüstanla bağlı “Dost” qanun layihəsini qəbul etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası bazar ertəsi keçirilən səsvermədə Gürcüstanla bağlı yeni qanun layihəsini dəstəkləyib.    Sfera.az “İn...