Sülhməramlıların daha 5 maşını aksiya ərazisindən keçdi

Sülhməramlıların daha 5 maşını aksiya ərazisindən keçdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

 

Sfera.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir təminat və bir hərbi təyinatlı avtomobilin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Həmçinin sülhməramlılara məxsus iki təminat və bir minik avtomobili də Laçın istiqamətinə keçid edib.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

 

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir - Tədqiqat

Azərbaycanda yaşı 15-dən yuxarı olan hər 3 kişidən biri siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatına istinadən xəbər verir ki, 2...

İlham Əliyev Belarusu Dünya Şəhərsalma Forumunda iştiraka DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət edib.   Sfera.az xəbər v...

Avropa Komissiyası Rusiyaya qarşı yol xəritəsini təqdim edəcək

Avropa Komissiyası (AK) çərşənbə axşamı 2027-ci ilin sonuna qədər Rusiya qazından mərhələli şəkildə imtina etməyə dair yol xəritəsini təqdim edəcək.   ...