Aygün Bəylərin son vəziyyəti AÇIQLANDI: "Xəstəliyini yenidən..."

Cəmiyyət
16:45 / 26.01.2023
37242
Sosial şəbəkələrdə Əməkdar artist Aygün Bəylərin səhhətinin yaxşı olmadığı ilə bağlı xəbərlər yayılıb.
Sfera.az xəbər verir ki, bununla bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Aygün xanımın meneceri bildirib ki, yayılan xəbərlər əsassızdır və müğənninin səhhəti yaxşıdır:
"Bu nə xəbərlərdir yayılıb? Yalan xəbərlərə inanmayın və yaymayın. Aygün xanım xərçəng xəstəliyindən 5 aydır ki, sağalıb. Sənətinə davam etmək istəyir. Xəstəliyini yenidən yadına salmaq istəmir. Maraqlandığınız üçün sağ olun".
Xatırladaq ki, Aygün Bəylərin ağır dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.