Azərbaycanın Xalq artisti təcili xəstəxanaya yerləşdirildi - FOTO

Cəmiyyət
12:06 / 26.01.2023
11897
Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.
Sfera.az BAKU.WS-ə istinadən xəbər verir ki, aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Bu barədə Allahverdiyevanın həyat yoldaşı açıqlamasında bildirib:
“Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat keçirib. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.
Xatırladaq ki, Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.