Polislə 30 homoseksual dalaşdı

Polislə 30 homoseksual dalaşdı

 

 

Oktyabrın 2-dən 3-nə keçən gecə, saat 2 radələrində Bakının mərkəzində yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, şahidlərin avtosfer.az-a verdiyi məlumata görə, Neftçilər prospekti ilə yüksək sürətlə hərəkət edən «Mitsubishi-Pajero» markalı avtomobil Muzey Mərkəzinin qarşısından Səməd Vurğun küçəsinə dönərkən qəza törədib. Avtomobil sürətlə hərəkət etdiyi üçün sürücü idarəetməni itirib və «Pajero» sağ tərəfdəki səkiyə çıxaraq oradakı dayanma-durmanı qadağan edən yol nişanını əzib, sonra isə reklam dirəyinə dəyərək dayanıb.

 

Şahidlərin sözlərinə görə, avtomobildən düşən şəxs cinsi azlığın nümayəndəsi olub. Hadisə yerinə gələn yol polisləri sərxoşluq müayinəsi üçün onu tibbi müayinəyə aparmaq istəyiblər. Lakin həmin şəxs polislərlə mübahisə edərək harasa zəng edib. Bir neçə dəqiqədən sonra hadisə yerinə bahalı avtomobillərlə 30-dan artıq cinsi azlıq nümayəndəsi gəlib. Onlar polislərlə mübahisə edərək qəza törədən homoseksualın harasa aparılmasına etiraz ediblər.

 

Məlumata görə, mübahisə zamanı vəziyyət qarışıb və qəza törədən cinsi azlıq nümayəndəsi hadisə yerindən yayına bilib. Onun avtomobili isə evakuatorla aparılıb. Qırılmış yol nişanı hazırda həmin ərazidədir.

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...