Polis ötən ay itkin düşən şəxsi axtarır - FOTO

Polis ötən ay itkin düşən şəxsi axtarır - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Ucarda 24 gün əvvəl itkin düşən şəxsin axtarışı barədə növbəti məlumat yayıb.

 

DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, 2022-ci ilin dekabr ayının 24-də Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Səlyəddin Vahidovun ailə üzvləri Ucar Rayon Polis Şöbəsinə müraciət edərək sonuncunun bir gün əvvəl itkin düşməsi barədə məlumat veriblər.

 

S.Vahidovun əlamətləri belədir: boyu 175 sm., qısa qara saçlı (yan tərəfləri ağarmış), arıq bədən quruluşludur.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan DİN-in "102" xidmətinə və Ucar Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

 

Qeyd edək ki, dekabrın 23-də gecə saatlarında yol polisi əməkdaşları hərəkətdə olan və üzərində dövlət qeydiyyat nişanı olmayan "İJ" markalı nəqliyyat vasitəsinə saxla işarəsi veriblər. Bu zaman sükan arxasında olan Zərdab rayonunda qeydiyyatda olan və Ucar rayonunda yaşayan Səlyəddin Vahidov sənəd təqdim etmək adı ilə nəqliyyat vasitəsini kənara çəkərək yaxınlıqdakı fermaya qaçıb. Nəqliyyat vasitəsi götürülərək aidiyyatı üzrə təhvil verilib.

 

Bir gün sonra S.Vahidovun yaxınları onun itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət ediblər. S. Vahidovun tapılması istiqamətində axtarışlar davam edir.


OXŞAR XƏBƏRLƏR

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir”

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...

Bu universitetin dekanı vəfat etdi - FOTO

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib.   Sfera.az qaf...