Azərbaycanda DƏHŞƏT: Bir ailənin 4 üzvünü güllələyən oğlanın atası intihar etdi - FOTO

Azərbaycanda DƏHŞƏT: Bir ailənin 4 üzvünü güllələyən oğlanın atası intihar etdi - FOTO

Ötən ay Beyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib.

 

Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 58 yaşlı Loğman Cəlilov oğlunun cinayətinə dözməyərək elə həmin hadisədən bir neçə gün sonra özünü asıb. O, oğlunun cinayətinə görə, məktub yazaraq özünü həyətdəki tövlədə asıb.

 

Məsələ ilə bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Xatırladaq ki, qətl hadisəsi dekabrın 2-də Beyləqanın Tatalılar kəndində baş vermişdi. 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi.

 

Məlumata görə, Fuad Cəlilzadənin atası 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetiribmiş. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası veribmiş. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar olurmuş.

 

Qeyd edək ki, qətlə yetirilən ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

 

Xəbəri ilk olaraq APA yayıb.


OXŞAR XƏBƏRLƏR

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...

Bu universitetin dekanı vəfat etdi - FOTO

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib.   Sfera.az qaf...

Vətəndaşların bank kartlarından ötən gün nə qədər pul oğurlanıb?

Vətəndaşların kartlarından oğurluq davam edir. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib ki, bank kartı...