Yasamalda narkotik satan 14 nəfər saxlanıldı - VİDEO

Yasamalda narkotik satan 14 nəfər saxlanıldı - VİDEO

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi şöbə və bölmələri tərəfindən ilin əvvəlindən rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda - 7 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitə və psixotrop maddə olan metamfetamin çıxarılıb.

 

Saxlanılanlardan 3-ü - Elnur Hüseynov, tanışı Rəhman Hüseynov və Emil Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olublar. Onlar narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər.

 

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

 


OXŞAR XƏBƏRLƏR

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir”

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...