"Ona "yuxarıdan" tapşırıq gəlmişdi, ağladı və yalvardı ki..." - Əkrəm Əylisli-Anar QALMAQALI BÖYÜYÜR

“Anar mənə qarşı etdiyi günahları boynuna alsa, üzünün nuru gedər, adam cildindən çıxar. Mən Anarla bağlı heç bir günahın sahibi deyiləm”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli Xalq yazıçısı Anarın Kulis.az-a son müsahibəsində onunla bağlı səsləndirdiyi fikirlərlə bağlı danışarkən deyib.

 

Ə.Əylisli bildirib ki, Anar artıq illərdir onun haqda şayiələr yayır:

 

“Düşünürdüm ki, sovet hakimiyyəti artıq dağılmaq üzrədir və istedadlı adamların qədri bilinməlidir. Amma gördüm ki, əksinə, hər şey pisə doğru dəyişir, Anar da əvvəlki adam deyil. Mən məcbur qalıb dözürdüm ki, maaş alıb evimə bir tikə çörəkpulu aparım. Lakin sonra gördüm, daha bacarmıram. Mən dözməyə davam etsəydim, Anarla bir çox şeylərdə razılaşmalı olacaqdım”.


Yazıçı AYB-yə katib gəlməsinə də aydınlıq gətirib:

 

“Məsələ heç də Anarın dediyi kimi deyil. O, öz istəyi ilə məni katib seçməyib. 1988-ci ilin yanvar ayı idi və mən Əylisdən Bakıya yeni qayıtmışdım. Anar mənə AYB-yə katib gəlməyi təklif etdi, razı olmadım. Bunu bəlkə də özü danacaq, amma nəyə desəniz and içərəm ki, Anar ağladı və dedi ki, “sən gəlməsən, mən də işləməyəcəm”. İnanın ki, Anarın göz yaşını ilk dəfə onda gördüm. Bu təkidin səbəbi isə o idi ki, “yuxarıdan” ona tapşırıq verilmişdi: “Əkrəm sənə kömək etdi, ona görə sən AYB-yə gəldin, indi də sən Əkrəmi yanına gətir”. Belə bir tapşırıq olmasa, Anar mənə heç vaxt yalvarmazdı”.

 

Ə.Əylisli Anara qarşı qiyama hazırlaşmadığını bildirib:

 

“Mənim Anara qarşı qiyam təşkil etməyim iddiası nağıldır. Ağlına gələni danışır. Allaha and olsun ki, Anar mənə dəstək olmayıb. Əylisdən gəldiyim bu günə qədər hər şeyi özüm etmişəm. Bunu o da bilir, amma hər zamankı kimi inkar edir”.


OXŞAR XƏBƏRLƏR

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...