"Rayonlular bakılılara mədəniyyət öyrətdilər, biz gələnə qədər..." - Rəşid Mahmudovdan Bəhrama SƏRT REAKSİYA

"Mən Bakıya gələndə bakılılar damı qırla örtürdülər”.

 

Sfera.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında tibb elmləri namizədi, alim Rəşid Mahmudov Bəhram Bağırzadənin regioanlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etməsinə münasibətində deyib.

 

O, bu mövzuların milləti bir-birinə qarşı qoymaqdan başqa bir şey olmadığını deyib:


 
"Mən Bakıya gələndə bakılılar damı qırla örtürdülər. Rayonlular bakılılara mədəniyyət öyrətdilər. Bakıda bütün damlar qır idi, amma rayondan gələnlər bakılılara şiferdən istifadə etməyi öyrətdi. Onlara çox şeyi biz öyrətdik. Belə mövzulardan söhbət açmaq düzgün deyil. Çünki hər iki tərəf bir-birində günah görəcək. Milləti bir-birinə qarşı qoymağı da düzgün hesab etmirəm. Rayon-şəhər məsələsini ləğv edilməlidir.

 

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib. O bildirib ki, Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər:

 

"Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz".


OXŞAR XƏBƏRLƏR

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir”

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...

Bu universitetin dekanı vəfat etdi - FOTO

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib.   Sfera.az qaf...