Cavan Zeynallı xanımının son arzusunu açıqladı

Cavan Zeynallı xanımının son arzusunu açıqladı

Xalq artisti Cavan Zeynallı dünyasını dəyişən xanımı Röya Zeynallının son vəsiyyətindən danışıb. 

 

Sfera.az bizim.media-ya istinadla xəbər verir ki, o, Röya xanımın iflicdən vəfat etdiyini açıqlayıb: 

 

"Röyanın dünyadan köçməsi məni çox sarsıtdı. Hələ də özümə gələ bilməmişəm (ağlayır). O, sinir iflicindən dünyasını dəyişdi. İflic isə təzyiqinin yüksək olması səbəbilə baş verdi. Dəhşətli istilərdə, avqustun 14-də onun birdən-birə halı pisləşdi. Hətta əməliyyat da keçirdi. Həkimlər söylədilər ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşacaq. Amma onların dediyi kimi olmadı. Əksinə səhhəti daha da pisləşdi. 4 xəstəxanada müalicələr aldı. Hər gün gedirdim yanına. Amma bu müalicələr nəticə vermədi". 

 

Cavan Zeynallı xanımının Qusarda, ailə üzvlərinin yanında torpağa tapşırıldığını açıqlayıb: 

 

"Bakıda onun torpağa tapşırılması üçün yer də danışdım. Amma yaxınları söylədilər ki, Röyanın valideynləri və 2 qardaşı Qusarda dəfn olunub. Həyat yoldaşımı da son arzusu olaraq orada dəfn etdik. Çünki həm də yaxınlarının hər dəfə onu məzarını ziyarət etmək üçün Bakıya gəlib-getməkləri çətin olacaqdı. Artıq o torpağa tapşırılıb. Allah rəhmət eləsin". 


OXŞAR XƏBƏRLƏR

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir”

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...