Bərdədə bir ailənin 7 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - ADLAR

Bərdədə bir ailənin 7 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - ADLAR

Bərdə rayonunda bir ailənin yeddi üzvü dəm qazından zəhərlənib.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun məcburi köçkünlər üçün salınmış yeni qəsəbə adlanan ərazisində baş verib.

 

Belə ki qəsəbə sakinləri: 

 

1983-cü il təvəllüdlü Səmədov Elməddin Telman oğlu

 

2016-cı il təvəllüdlü Səmədzadə Ceyran Elməddin qızı

 

2018-ci il təvəllüdlü Həsənli Ayla Anar qızı

 

2015-ci il təvəllüdlü Həsənov Famil Anar oğlu

 

1980-ci il təvəllüdlü Səmədova Leyla Telman qızı

 

2013-cü il təvəllüdlü Səmədzadə Ümid Elməddin oğlu

 

1949-cu il təvəllüdlü Səmədova Zabilə Murad qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə mərkəzi rayon xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində adları çəkilən şəxslərin həyatı təhlükəsi ötüşüb.

 

Onların səhhətinin normal olduğu deyilir. Bizim.media


OXŞAR XƏBƏRLƏR