Babulla Səlimov vəfat etdi (FOTO)

Babulla Səlimov vəfat etdi (FOTO)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, ictimai xadim Babulla Səlimov vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə şair Fərid Hüseynov sosial şəbəkədə yazıb.

 

Babulla Səlimov 1945-ci ildə anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib. İxtisasca mühəndis-mexanik, politoloqdur. 

 

Uzun illər neft sənayesində fəaliyyət göstərib, Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, Şəhər İcraiyyə Komitəsinin sədr müavini, sədri, Əli Bayramlı Şəhər Sovetinin sədri, icra başçısının müavini kimi bir çox məsul vəzifələrdə çalışıb. 

 

Qeyd edək ki, Babulla Səlimov AYB-nin Beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlunun atasıdır.

 


OXŞAR XƏBƏRLƏR