Mingəçevirdə iki avtomobil toqquşdu: Ölən və yaralananlar var
Hadisə
15:29 / 15.01.2023
11941
Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, bugün axşam saat 18 radələrində Mingəçevir şəhəri Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
“QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.