Göyçayda ağır yol qəzası olub - piyada öldü

Göyçayda ağır yol qəzası olub - piyada öldü

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a bildirilib ki, Göyçay rayon sakini Emil Osmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə  Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR