Tarixin ən çətin səyahətlərindən biri - Nyu Yorkadan Sibirə qədər gəzmiş qadının Hekayəsi

Tarixin ən çətin səyahətlərindən biri - Nyu Yorkadan Sibirə qədər gəzmiş qadının Hekayəsi

Lillian Alling yəqin ki, 20-ci əsrin ən maraqlı səyahətlərindən birini edib. Gənc qadın dörd il Nyu-Yorkdan Sibirə qədər piyada gəzib.


Sfera.az Nyu-Yorkdan Sibirə uzanan bu səyahət haqqında qısa hekayəni təqdim edir.


20-ci əsrin ən maraqlı və əsrarəngiz səyahətlərindən birini edən Lillian Allinq 26 yaşında Amerikadan başlayıb, dörd ildə 8 min kilometrdən çox yol qət edərək Sibirə çatıb.


Lillian Allinq Sibirin şimal-şərq hissəsində kasıb bir kənddə böyüyüb. Onun arzusu Amerikanın ən böyük şəhərlərindən biri olan Nyu Yorka getmək idi.
 

20 yaşının sonlarında bu arzusunu həyata keçirib və Nyu Yorka köçməyi bacarıb. Bir neçə il müxtəlif işlərdə çalışıb. Arzusunu reallaşdırdığı üçün sevindi, amma doğma şəhəri üçün darıxmağa başlayıb.


1926-cı ildə Sibirə qayıtmaq istəyir, lakin Nyu-Yorkda işlədiyi illərdə topladığı bütün pullar onu Rusiyaya qaytarmaq üçün gəmiyə bilet almağa belə kifayət etməyib.
 

Sibirdəki kiçik şəhərinə qayıtmaq üçün gənc qız çox iddialı bir qərar verib.

 

Onun planına görə, bütün Amerika, Kanada və Alyaskanı keçərək Sibirə gəlməli idi. Alyaska soyuq hava və təhlükəli vəhşi təbiət səbəbi ilə keçmək üçün ən çətin ərazi idi.

Gənc qız uzun səyahətinə hazırlaşmaq üçün xəritələr üzərində işləməyə başladı. O, Nyu York Kitabxanasında tapdığı resurslardan uzaq durmaq üçün yerlərin ətraflı siyahısını tərtib etdi.

Açıklama yok.

Susan Smith Josephynin "Lillian Alling: The Journey Home" kitabında piyada təxminən iki il çəksə belə, Amerikanı keçmək səyahətin ən asan hissəsi hesab olunur.
 

Lillian Allinq 1926-cı ilin dekabrında Niaqara şəlaləsinə Kanada sərhəddinə gəlir və gömrük işçiləri onun son yaşayış yerinin Nyu York olduğuna inana bilmirlər. O buraya qədər bütün yolu avtostopsuz piyada qət edib.


Açıklama yok.

 

Təxminən bir il sonra, 1927-ci ilin sentyabrında Alling Kanadanın qərbindəki Britaniya Kolumbiyasına çatdı.


Yukon Teleqraf Trail marşrutunda görünən Alling səlahiyyətlilər tərəfindən dayandırıldı. O, səlahiyyətlilərə Rusiyaya qədər yürüş etməyi planlaşdırdığını bildirib.
Səlahiyyətlilər, qış fəslinin xüsusən də millərlə piyada getməyi planlaşdıran insanlar üçün ölümcül olduğunu bilirdilər. Ona görə də gənc qızı qorumaq üçün həbsxanaya salmaqdan başqa çarələri yox idi.

Açıklama yok.

Allinq növbəti iki ayı Vankuver yaxınlığındakı Oakalla həbsxanasında keçirir. Sərbəst buraxıldıqdan sonra səyahətinə davam etmək üçün bir neçə həftə Vankuverdə çalışıb.


Onun hekayəsi Britaniya Kolumbiyasında kifayət qədər populyarlaşıb. Səyahətinə davam etməzdən əvvəl səlahiyyətlilər ona lazımi ləvazimat və yoldaşlıq etməsi üçün bir it verdilər.

Açıklama yok.

O, Yukona çatanda onun hekayəsini eşidən yerli sakinlər hədiyyələr və digər təchizatlarla artıq onun gəlişini gözləyirdilər. Bütün dəstəyə baxmayaraq, Alling Sibirə getmək üçün kifayət qədər pula sahib deyildi, ona görə də o, Douson şəhərində də daha bir neçə həftə işləməyə məcbur olub.


Kifayət qədər pul yığdıqdan sonra o, Yukon çayı ilə Alyaskaya getmək üçün köhnə bir qayıq alaraq səyahətinə davam edib.

Açıklama yok.

Alyaskaya çatanda qayığı tərk edib yenidən piyada yeriməyə başlayıb. Amerika rəsmilərində onun səyahətlərinin son qeydi 1929-cu ilin sonunda - Teller, Alyaska idi. Alyaskadakı səyahət soyuq hava səbəbindən təhlükəli olsa da, Alling oxşar hava şəraitinin hökm sürdüyü Sibirdə böyüməyə alışmışdı.


İki ölkə arasındakı məsafə qısa olduğu üçün Alyaskadan Rusiyaya səyahət həmin dövrdə olduqca yayğın idi. Tarixçilər eskimoslar və digər yerli amerikalıların tez-tez Alyaskadan Rusiyaya və əksinə səyahət etdiyini qeyd edirlər.

Açıklama yok.

Lakin çox təəssüf ki, Allinqin evinə çatıb-çatmadığı dəqiq məlum deyil. Sırf tarixçilərin bu qeydinə əsasən, əzmkar və inadkar qızın arzusunda olduğu doğma evinə çatdığına ümid etməkdən başqa çarəmiz yoxdur…

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Heç bir ölkə və ya təşəbbüs bu problemləri təkbaşına həll edə bilməz" - COP29 prezidenti

"Göstərməliyik ki, qarşımıza qoyduğumuz hədəflərə çatmağa hazırıq".   Sfera.az xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii...

Azərbaycanda ekoloji təhsillə bağlı hansı işlər görülür? - Ekspert AÇIQLADI

COP29 zirvəsində iştirak edəcək ölkələrin təhsil sistemlərini incələyərkən görürük ki, bu ölkələrin böyük əksəriyyəti ekoloji təhsil və davamlı inkişafa xüsusi ...

Muxtar Babayev COP29-un Prezidenti seçildi - FOTOLAR

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29-un Prezidenti seçilib.    Sfera.az xəbər verir ki, bunu COP28-in Prezident...

Bakı bulvarında görüntülənən nədir? - YENİLƏNİB + VİDEO

Bu gün səhər saatlarında Xəzərin sahilində balinaya bənzər canlının tapılması ilə bağlı iddialar yayılıb.    Sfera.az xəbər verir ki, sosia...

COP29 Konfransının rəsmi açılış mərasimi başladı - CANLI YAYIM

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb.   Sfera.az xəbər verir ki...

İlham Əliyev Monqolustan prezidenti ilə görüşdü - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbu...