Gəncədə iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı

Gəncə şəhərində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az-ın məlumatına görə, şəhər ərazisində iki "VAZ" markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.

 

Onlar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR