Xocavənddə xeyli sayda silah-sursat tapılıb

Cəmiyyət
10:10 / 13.01.2023
8840
Xocavənddə tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.
Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Belə ki, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Tuğ kəndi ərazisində xidmətdə olarkən tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 1 qumabaraatan, 1 snayper tüfəngi, 37 snayper patronu, 1 əl qumbarası və 1800 ədəd müxtəlif çaplı patronlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.