Taliban yenidən hücuma keçdi
17:49 / 03.10.2016
1456
"Taliban" silahlıları Əfqanıstanın şimalındakı Kunduz şəhərinə ani hücuma keçiblər.
Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki,
"taliblər" artıq dünən gecə saatlarında şəhərin nəzarətini tam ələ
keçiriblər.
Polisin açıqlamasına görə, Kunduz şəhərində döyüşlər
indiyə qədər davam edir. Əhali şəhərdən boşaldılıb, küçələrdə heç kim yoxdur və
bütün mağazalar bağlanılıb. "Taliban" təşkilatı Kunduz şəhərindən
başqa yaxınlıqdakı Navabad kəndini də ələ keçirdiklərini bildirib.