Bit dərmanından zəhərlənənlər şəhid övladları imiş - FOTOLAR

Bit dərmanından zəhərlənənlər şəhid övladları imiş - FOTOLAR

Ötən gün Tovuz rayonunun Dondar Quşçu kəndində zəhərlənmə hadisəsi baş verib.

 

Sfera.az "Qafqazinfo"ya istinadən bildirir ki, zəhərlənən şəxslər şəhid ailəsinin üzvləridir. Belə ki, kənd sakinləri 2019-cu il təvəllüdlü Əliyev Adəm Əmrah oğlu, 2021-ci il təvəllüdlü Əliyev Rüfət Əmrah oğlu və azyaşlıların nənə və babası zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların bit dərmanı içərək zəhərləndikləri bildirilir. Azyaşlılar 44 günlük Vətən müharibəsində şəhid olan Əmrah Əliyevin övladlarıdır.

 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə 4 nəfər 11.01.2023-cü il tarixində saat 01:00 radələrində yerləşdirilib: "Onlara zəruri tibbi xidmətlər göstərilib və saat 03:10 radələrində ambulator müalicə üçün evə buraxılıblar. Bundan sonra da evə 3 dəfə təcili tibbi yardım göndərilib və vəziyyətləri nəzarətdə saxlanılıb. Hazırda səhhətləri ilə bağlı heç bir narahatçılıq yoxdur".

Qeyd edək ki,  Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Əmrah Ürfət oğlu Əliyev 2020-ci il noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Əmrah Əliyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...