Balakəndə FACİƏ: Qazi öldü, anasının ürəyi dayandı

Cəmiyyət
08:48 / 12.01.2023
17936
Vətən müharibəsi qazisi vəfat edib.
Sfera.az lent.az-a istinadən bildirir ki, Balakən rayonu, İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Mərhumun cənazəsi bu gün Balakənə aparılaraq ailəsinə təhvil verilib.
Bu zaman oğlunun ölüm xəbərini eşidən anası Esma Çiliyevanın da ürəyi dayanıb.
Z.Osmanov dünən doğulduğu kənddə torpağa tapşırılıb.
Esma Çiliyeva isə bu gün dəfn ediləcək.
Allah rəhmət eləsin!