DİN-dən əməliyyat: Silahlı şəxslər saxlanıldı - VİDEO

DİN-dən əməliyyat: Silahlı şəxslər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən 13 kiloqram narkotik vasitə, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron darağı çıxarılıb.

 

Keçirilən tədbirlər zamanı Abdulla Yolbarsov və Elvin Mustafayev üzərlərində odlu silah daşıdıqları üçün, İsmayıl Əliyev isə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıblar. Abdulla Yolbarsov və Elvin Mustafayevdən 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq, 7 ədəd patron, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb. İsmayıl Əliyevdən isə 6 ədəd bağlamada qablaşdırılan ümumilikdə 13 kiloqram narkotik vasitə heroin aşkar edilib. Bundan əlavə Baş İdarə əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd ov tüfəngi aşkarlanıb.

 

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...