Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi

Cəmiyyət
18:15 / 11.01.2023
17149
Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, T.Yaqublu Ə.D. Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.