Avtobusun vurduğu 10-cu sinif şagirdinin FOTOLARI

Cəmiyyət
14:56 / 11.01.2023
11006
Bakıda avtobus vurması nəticəsində həlak olan məktəblinin adı və yaşı dəqiqləşib.
Sfera.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, o, Göyüşov İsa Vüqar oğludur.
İsa Göyüşov paytaxtdakı 86 nömrəli tam orta məktəbin X sinfində təhsil alırdı.
Qeyd edək ki, hadisə ötən gün saat 16:30 radələrində Xətai rayonunun Əhmədli qəsəbəsində baş verib. 44 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı xətt avtobusunun İ. Göyüşovu vurması nəticəsində məktəbli hadisə yerində dünyasını dəyişib.