Bu rayona 35 sm qar yağıb - FAKTİKİ HAVA

Bu rayona 35 sm qar yağıb - FAKTİKİ HAVA

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb.

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Sfera.az-a bildirib ki, yanvarın 11-də yağıntılı hava şəraiti davam edib, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.

 

O qeyd edib ki, qar örtüyünün hündürlüyü Cəlilabadda 35, Altıağacda 31, Lerikdə 30, Rvarudda 29, Xaltanda 25, Kəlvəz, Yardımlıda 22, Qubada 19, Xaçmazda 18, İsmayıllı, Göytəpədə 16, Qaxda 15, Şamaxı, Qusar, Qəbələdə 14, Şabranda 12, Biləsuvar, Şəki, Lənkəranda 7, Qobustan, Hacıqabul, Daşkəsəndə 6, Gədəbəy, Ağsu, Göyçay, Tərtər, Cəfərxan, İmişlidə 3, Ağdərə, Göygöl, Bərdə, Astarada 2, Ceyrançöl, Sabirabad, Beyləqan, Salyan, Naftalan, Ağdamda 1, Sumqayıtda 10, Bakıda 8, Maştağa, Binədə  4, Ələt, Pirallahıda 1 sm-dək olub.

 

Şimal-şərq küləyinin sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

 

G. Məmmədova onu da qeyd edib ki, dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görünüş  məsafəsi  50-100 metrədək məhdudlaşıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək şaxta, Naxçıvan MR-da 8-11, dağlıq rayonlarda 10-16 dərəcə şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək şaxta  olub.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...