Metroda ŞOK HADİSƏ: Halı pisləşən sərnişin öldü

Metroda ŞOK HADİSƏ: Halı pisləşən sərnişin öldü

"20 Yanvar" stansiyasında 1 nəfərin halı pisləşib.

 

Bu barədə Sfera.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

 

Bildirilib ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.

 

Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə vəfat edib.


OXŞAR XƏBƏRLƏR