Norveç birinci yerdədir
11:19 / 03.10.2016
1731
Norveç Avropada internetin sürətinə görə birinci olub. Bu ölkə İsveçi geridə qoyub.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Local” nəşri "Akamai” rabitə operatorunun apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verib.
Araşdırmanın nəticələrinə əsasən, Norveçdə internetin orta sürəti 2015-ci illə müqayisədə 55 faiz artıb. Eyni zamanda dünya reytinqində 20,1 Mbit/saat internet sürəti olan Norveçi Cənubi Koreya geridə qoyur. Bu ölkə 27 Mbit/saat internet sürətinə malikdir və dünyada internetin sürətinə görə lider olaraq qalır.
Üçüncü yerdə internetin 19,5 Mbit/saat sürəti ilə Honkonq qərarlaşıb. Dördüncü yerdə isə İsveçdir ki, bu ölkədə də internetin sürəti 18,8 Mbit/saatdır.
Avqustda bildirilib ki, Rusiya mobil internetin sürəti reytinqində 50-ci yeri tutub.