Abşeronda yol polisi qəzaya uğradı: Yaralanan var
Hadisə
19:57 / 08.01.2023
16075
Abşeronda yol polisi avtomobili qəzaya uğrayıb.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində, Bakı Mühəndislər Universitetinin qarşısında qeydə alınıb.
Abşeron rayon Dövlət Yol Polis Şöbəsinə məxsus avtomobil idarəetməni itirərək əvvəlcə “Ford” markalı maşına çırpılıb. Sonra “Ford” eyni istiqamətdə olan “BMW” markalı maşına dəyib. İdarəetmədən çıxan yol polisi avtomobili isə işıq dirəyinə dəyərək dayanıb.
Qəza nəticəsində “BMW” markalı maşında olan qadın sərnişin yüngül xəsarət alıb.