Qubada ağır qəza: yaralılar var

Hadisə
17:36 / 08.01.2023
11874
SBakı-Quba yolunun 154-cü kilometrliyində, Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.
Sfera.az Report-a istinadla xəbər verir ki, “Nissan” markalı avtomaşın hərəkətdə olarkən idarəetməni itirərək qarşı istiqamətdə “Hyunday” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində Quba rayon sakinləri 1977-ci il təvəllüdlü Yaqubov Tərlan Teymur oğlu, 1991-ci il təvəllüdlü Seyidov Amil Rasim oğlu, Bakı şəhər sakini 1960-cı il təvəlludlü İbrahimova Sinəxanım Ələmdar qızı və Şərur rayon sakini 1971-ci il təvəllüdlü Məmmədov Mirzə Qurban oğlu müxtəlif xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fakt Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırılır.