Arvadını başqa şəxslə yazışdığına görə döymüşdü, indi isə...

Arvadını başqa şəxslə yazışdığına görə döymüşdü, indi isə...

Sumqayıt Şəhər Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Samir Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Sfera.az xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Samir Əliyev cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

 

İttihama görə, hadisə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən binaların birinin qarşısında yerləşən uşaq meydançasında qeydə alınıb. Samir Həsənov qısqanclıq zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Sona Həsənovanın (şərti) sifət nahiyəsinə yumruqla qəsdən bir neçə zərbə vurub.

 

Məhkəmədə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Samir ifadəsində qeyd edib ki, evlərində mübahisə etdikdən sonra Sona atasıgilə gedib. Hadisədən 3-4 gün sonra onların məhəlləsi tərəfdən keçəndə arvadının skamyada oturduğunu, telefonla kiminləsə yazışdığını görüb. Sona Samiri görən kimi telefonu tez cibinə qoyub. O, həyat yoldaşından kiminlə yazışdığını soruşduqda qadın cavab verməyib. Samir Sonadan telefonu ona verməsini tələb edib, lakin qadın imtina edib.

 

Samir Həsənovun sözlərinə görə, daha sonra o, arvadının sifət nahiyəsinə bir neçə zərbə endirib.

 

Hazırda onlar barışıb, Sona ərindən şikayətçi olmadığını məhkəməyə bildirib. (Pravda.az)


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...