Bakıda meyitləri tapılan 4 nəfərdən 3-nün kimliyi BİLİNDİ

Bakıda meyitləri tapılan 4 nəfərdən 3-nün kimliyi BİLİNDİ

Ötən gün Bakının Nərimanov rayonunda meyiti tapılan 4 nəfərdən 3-nün şəxsiyyəti məlum olub.

 

Sfera.az xəbər verir ki, evdə meyiti tapılan şəxslərdən biri 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur. Məlumata görə, adıçəkilən gənc bir həftə əvvəl yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

 

Onunla birlikdə meyiti tapılan daha iki nəfərin də şəxsiyyəti məlum olub. Həmin şəxslər 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu və 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğludur.

 

Hadisə yerində meyiti aşkarlanan 4-cü şəxsin isə sifəti tanınmaz olduğundan şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

 

Məlumata görə, həmin şəxslərin bir həftə əvvəl öldüyü məlum olub. Meyitlərdə zorakılıq və xəsarət izləri aşkarlanmasa da, çürüməyə məruz qalıb.

 

İlkin ehtimal kimi həmin şəxslərin dəm qazından boğulması ehtimal edilsə də, ölümün səbəblərinin müəyyən edilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, hadisə yanvarın 5-də paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvandakı mənzillərdən birinin sahibi evini 3 nəfərə kirayə verib. Yanvarın 1-dən 5-nə qədər kirayəşinlərə zəng vuran ev sahibi qarşı tərəfdən cavab ala bilmədiyi üçün yanvarın 5-də səhər saatlarında evə gəlib. Lakin evin qapısını bağlı görən mənzil sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra mənzilin qapısı açılıb. Mənzilə baxış keçirilərkən oradan 4 nəfərin meyiti aşkarlanıb.(Trend.az)


OXŞAR XƏBƏRLƏR

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...

Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində...