Evdə meyiti tapılanlardan biri itkin düşən şagird imiş...

Evdə meyiti tapılanlardan biri itkin düşən şagird imiş...

Bu gün Bakının Nərimanov rayonunda evdən tapılan 4 meyitdən birinin kimliyi müəyyənləşib.

 

Sfera.az-ın məlumatına görə, bu, 19 yaşlı Allahverdiyev Kamran Xaliq oğludur.

 

Məlumatı saytımıza mərhumun yaxınları təsdiq edib. 

 

Məlum olub ki, hadisədən öncə Kamranın itkin düşməsi barədə polisə məlumat verilib. O, dekabrın 31-də dostunun ad gününə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Əlavə edək ki, Kamran Bakıdakı şadlıq evlərinin birində ofisiant işləyib. Onun ad gününə getdiyi dostunun adı isə Kənan olub. Kamranın yaxınları 31 dekabr tarixindən Kənanla da əlaqə yarada bilmədiyini qeyd ediblər.

 

Qeyd edək ki, Kamran Allahverdiyev Sumqayıtda 31 nömrəli məktəbin 10-cu sinif şagirdi olub. O, ailəsinin yaşayış yerini dəyişməsi səbəbiylə məktəbə gec başlayıbmış. 

 

Xatırladaq ki, bu gün Bakının Nərimanov rayonunda bir mənzildən 4 nəfərin meyiti tapılıb. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir. (qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...