Türkiyədə ağır qəza - 16 nəfər yaralandı

Türkiyədə ağır qəza - 16 nəfər yaralandı

Türkiyənin Niğdə şəhərində sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində biri ağır olmaqla 16 nəfər yaralanıb.

 

Hadisə yerinə polis və təcili yardım briqadası sövq edilib.

 

Yaralılar Niğdə Ömer Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

 


OXŞAR XƏBƏRLƏR