Bir ərazinin bir neçə şəxsə satılması faktları: Vətəndaşlar aldanmamaq üçün nə etməlidir? - ŞƏRH

Bir ərazinin bir neçə şəxsə satılması faktları: Vətəndaşlar aldanmamaq üçün nə etməlidir? - ŞƏRH

Bu gün bəzi işbazlar uzun müddət sahibsiz qalan ərazilərin şəkillərini çəkib internet vasitəsi ilə satışa çıxarırlar.  Alıcılar sənədli-sübutlu torpaq aldığını düşünsə də, sonradan məlum olur ki, bir ərazi bir neçə şəxsə satılıb. 

 

Vətəndaşlar aldanmamaq üçün nə etməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Azərbaycanda daşınmaz əmlakların alqı-satqısı müxtəlif formalarda aparılır:

 

“Çıxarışlı mənzillərin alqı-satqısı notarial qaydada, müqaviləli mənzillər yeni tikili binalardadırsa, MTK-nın sədri tərəfindən aparılır. Zamanında çox sayda satılmış torpaq sahələri ilə bağlı bu proses isə bələdiyyələr tərəfindən icra edilib. Daha əvvəl rayon icra hakimiyyətləri tərəfindən sərəncamla satılıb. Bağlar İdarəsi  və bir sıra dövlət qurumlarının vətəndaşlara verdikləri bəzi torpaq sahələrinin satış mexanizmi yoxdur. Yəni çıxarışlı mənzil notarial qaydada aparılır, bu, tam qanunidir. Amma bələdiyyənin vətəndaşa verdiyi sərəncam əsaslı torpaqları digər şəxsə satmaq üçün sənəd dəyişdirilə bilmir. Digər qurumların zamanında vətəndaşlara verdiyi torpaq sahələrinin böyük əksəriyyəti özəlləşə bilmədiyi üçün vətəndaşlar müxtəlif metodlar düşünüblər. Bunlardan biri həmin torpaq sahələrinin bir şəxsə etibarnamə ilə satılmasıdır - bu, tam qanunsuzdur. Etibarnamə ilə vətəndaş özü olmadıqda etibar etdiyi şəxs onun əvəzindən hansısa sənədləşmə işini apara bilər. 

 

Amma bu gün bələdiyyələr və digər qurumlar tərəfindən vətəndaşlara verilən minlərlə torpaq sahələri dəfələrlə yalnız etibarnamə yolu ilə satılıb. Həmin torpaqlar özəlləşərsə, birmənalı olaraq sərəncam kimin adınadırsa, həmin şəxsə məxsus olacaq. Sərəncam sahibi həyatda deyilsə, onun verdiyi etibarnamə artıq öz hökmünü itirmiş sayılır. Həmin torpaq özəlləşəndə sərəncam vermiş şəxsin adına çıxarış olsa, onun övladları vərəsə hesab edilirlər. Həmin şəxs həyatdadırsa belə, torpağı hazırkı şəxsin adına keçirməyə də bilər.  Yəni burada qaranlıq məqamlar kifayət qədərdir”.

 

Müsahibimiz qeyd edib ki, bu gün yeni tikili binalarda bir neçə mənzilin, həmçinin torpaq sahələrinin bir neçə nəfərə satılması halları çoxdur:

 

“Vətəndaşla yanaşı, dövlət büdcəsi də itirir. Əgər ərazidə torpaq sahəsi mövcuddursa, evlər tikilibsə, uzun  illərdir vətəndaş orada yaşayırsa, ona mülkiyyət hüququ verilməlidir və ya rəsmi olaraq ilkin alqı-satqı prosesi yaranmalıdır ki, buradan həm dövlət büdcəsi yararlana bilsin, həm də vətəndaşlarda torpağın sahibi olmaqla bağlı əminlik yaransın. Çıxarışsız əmlaklarla bu cür rəsmi alqı-satqı aparılmadığına görə, təbii ki, vətəndaşların aldanması halları olub və olacaq da... Vətəndaşlar daşınmaz əmlak alan zaman sənədləşmə qaydalarına bələd deyillərsə, yaxşı olar ki, hər hansı hüquqşünasa müraciət etsinlər. Əks halda, vətəndaş külli miqdarda pul ödəyib daha sonra zərərçəkmiş şəxsə çevrilə bilər. Ümumiyyətlə, çıxarışsız mənzillərin, torpaq sahələrinin ilkin alqı-satqısı ilə  bağlı qanun qəbul edilməlidir. Bu gün kifayət qədər elan saytları var – istənilən şəxs istənilən elanı ora yerləşdirə bilir – bunun üçün nömrələr, elektron poçt ünvanları tələb olunur ki, həmin şəxsə çatmaq mümkün olsun. Yaxşı olar ki, elan saytlarında şərt olaraq sənəd tələbi də qoyulsun. Belə olarsa, aldanma hallarının qarşısını nisbətən almaq olar”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib etdi

Ukrayna prezidenti Vladimir Zelenski The Wall Street Journal-ın Ukrayna Silahlı Qüvvələrinin müharibədə artıq 80 min əsgər itirdiyi barədə məlumatlarını təkzib ...