İlham Əliyev Roma Papası Fransisklə görüşdü (YENİLƏNİB) - FOTOLAR

İlham Əliyev Roma Papası Fransisklə görüşdü (YENİLƏNİB) - FOTOLAR

 

Oktyabrın 2-də Bakıya səfər edən Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi başa çatıb.

 

Sfera.az xəbər verir ki, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiski qarşıladı.

 

Fəxri qarovul dəstəsinin rəisi Roma Papası Fransiskə raport verdi.

 

Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səsləndi.

 

Prezident İlham Əliyev və Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

 

Roma Papası Fransisk Azərbaycan əsgərlərini salamladı.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Roma Papası Fransiskə, Müqəddəs Taxt-Tacın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Roma Papası Fransiskin qarşısından keçdi.

 

Prezident İlham Əliyev və Roma Papası Fransisk rəsmi foto çəkdirdilər.



OXŞAR XƏBƏRLƏR

XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

Azərbaycan "vahid Çin" siyasətini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhb...

İlham Əliyev: "Regionda sülh üçün tarixi imkanlar yaranıb"

Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yarandığını bəyan edib. &...

Prezident Dayqa Mierinanı QƏBUL ETDİ - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.   Sfera.az xəbə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Mayın 19-da baş verən helikopter qəzasında həlak olmuş İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın cəsədinin tapıldığı iddia olunub. Sfera.az...

Peskov Rəisinin ölüm xəbərindən DANIŞDI: "Putin dərhal..."

Kremlin sözçüsü Dmitri Peskov İran Prezidenti İbrahim Rəisinin ölüm xəbərindən danışıb.   Sfera.az bildirir ki, o, bu barədə jurnalistlərin sualları...

Şimali Koreya ABŞ-ni HƏDƏLƏDİ: "Sərt tədbir görəcəyik!"

Şimali Koreya ABŞ-nin subkritik nüvə sınağını qınayıb, nüvə təhdidinə qarşı sərt tədbirlər görəcəyi ilə bağlı Vaşinqtonu hədələyib.   Sfera.az x...