Ağstafada üç bacı dəm qazından zəhərləndi

Cəmiyyət
10:18 / 05.01.2023
9360
Ağstafada üç bacı dəm qazından zəhərlənib.
Sfera.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakinləri olan bacılar - Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.