Prezident: “Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

Prezident: “Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

 

"Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

 

Sfera.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin Azərbaycana səfəri ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.


"Əfsuslar olsun ki, bizim xalqımız humanitar fəlakətlə üzləşib. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Xalqımıza qarşı Xocalı soyqırımı törədlib ki, bu gün 10 ölkə bu soyqırımını rəsmən tanıyır. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib. O missiyaların məruzələri insanları dəhşətə gətirir. Bizim bütün tarixi dini abidələrimiz, məscidlərimiz, qəbirlərimiz Ermənistan tərəfindən dağıdılıb, muzeylərimiz talan edilib.

 

Biz isə öz növbəmizdə Bakıda erməni kilsəsini bərpa etdik, orada erməni dilində 5 mindən çox kitab saxlanılır. Baxın fərq bundan ibarətdir. O onların hərəkətləri, bu da bizim münasibətimiz.

 

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə, bu, beynəlxalq hüquq çərçivəsində həll edilməlidir. BMT Təhlükəsizlik Şurası, dünyanın ali qurumu bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və 20 ildən çoxdur ki, torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

 

Qeyd etdiyim kimi, bu münaqişədən ölkəmiz, xalqımız böyük əziyyət çəkir. 90-cı illərin əvvəllərində əhalimiz 8 milyon idi, onun da bir milyonu qaçqın-köçkün. O humanitar fəlakəti biz öz gücümüzə həll etdik və həll edirik. Buna baxmayaraq ölkəmiz inkişaf edir".

 

 

 

Report //

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

Hindistanda bir kişi həyat yoldaşını itirdikdən sonra birlikdə yaşadığı qayınanası ilə sevgi münasibəti yaşamağa başlayıb. Hadisədən xəbər tutan qayınatası əvvə...

İran rəsmilərinin öldüyü qəzanın SƏBƏBİ AÇIQLANDI

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter bədbəxt hadisə nəticəsində qəzaya uğrayıb.    Sfera.az metbuat.az-a istinadən xəbər veri...

Hindistan Ukrayna sülh sammitində İŞTİRAK EDƏCƏK

Hindistan Ukrayna sülh sammitində iştirak edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Hindistan Baş naziri Narendra Modi PTI-ya müsahibəsində bildir...

“Ölüm Komitəsi”nin üzvü, Süleymaninin dostu, Xameneyinin adamı... - Qəzada ölən İran rəhbərlərinin DOSYESİ

İranda baş verən helikopter qəzası zamanı Prezident İbrahim Rəisidən başqa daha 3 yüksək vəzifəli şəxs həlak olub. Həmin şəxslər İranın xarici işlər naziri Hüse...

Bakıda 2600 manatlıq antik samovar OĞURLANDI - FOTO

Bakının Səbail rayonu Şıx qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 2600 manat dəyərində antik samovar, təmir alətləri və bəzək əşyalarının oğu...

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

Polşa Ukraynadan gələn miqrantları qəbul etməkdən imtina edib.   Sfera.az bildirir ki, Avropa İttifaqının qaçqınları bölüşdürmək qərarına baxmayaraq...