Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

 

Sfera.az-ın xəbərinə görə, rayonun Qaradağlı kənd sakini, 1967-ci il təvəllüdlü Neymətov Ziyad Baba oğlu yolu keçərkən VAZ-2108 markalı minik avtomobili onu vurub.

 

Yaralı hadisə yerində dünyasını dəyişib.

 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır. (Report)


OXŞAR XƏBƏRLƏR