Bakıda ağır qəza - Avtomobil iki yerə bölündü/ VİDEO

Hadisə
13:25 / 04.01.2023
10762
Bu gün Bakıda daha bir ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, Böyükşor gölü üzərindən keçən yolda “Mercedes-Benz E-Class” və “Saipa” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələri tamamilə yararsız hala düşüb, “Saipa” bir neçə yerə bölünüb.
Hadisə nəticəsində ölüm qeydə alınmayıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində “Saipa” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
//ok.ru/video/4527936965226