Azərbaycanda daha bir partlayış - Yaralanan var

Hadisə
20:20 / 02.01.2023
26759
Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qumlu kəndində qeydə alınıb.
Kənd sakini 2007-ci il təvəllüdlü Rəvan Ələsgərov bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, R.Ələsgərov evdə qazı yandıran zaman partlayış baş verib.
Faktla bağlı araşdırma aparılır.