Rusiyalı komandirdən ETİRAF: “Biz buna görə məğlub oluruq”
Rusiyanın 2014-cü ildə Krımın ilhaqında və Ukraynanın şərqindəki Donbas bölgəsindəki münaqişədə əsas rol oynamış rus komandir İqor Girkinin etirafı gündəm olub.
Sfera.az bildirir ki, komandir Ukrayna uğurunun əsas səbəbi kimi rus hərbi rəhbərlərinin məsuliyyətsizliyini göstərib. O, bu barədə “Telegram” hesabında paylaşım edib. “Təəssüf ki, bəzi yerlərdə onların bizim hərbi obyektlərə hücumu Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşunlarının komandanlığı altında davam edən hədsiz israfçılıq səbəbindən uğurlu alınıb”, - Girkin yazıb.
Rusiyanın Ukraynanın infrastrukturunu hədəfə aldığını vurğulayan İqor, bu taktikanın Kiyevi sülhə məcbur edə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, İqor Girkin bundan əvvəl müharibədəki vəziyyətin Rusiya Federasiyasının siyasi rejiminin və hətta dövlətinin dağılmasına gətirib çıxara biləcəyini demişdi.
Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan havaya qalxdıqdan sonra Ukraynanın şərqində vurulan və 298 nəfərin ölümü ilə nəticələnən MH17 qəzasındakı roluna görə Hollandiyada ömürlük həbs cəzası ilə mühakimə olunan Girkin uzun müddətdir ki, Rusiya ordusunu tənqid edir.
Günay Rəsulqızı